Lukaşenko sanksiyalar qarşısında geri çəkildi – Protaseviç həbsxanadan buraxırıldı
Ryanair təyyarəsinin təcili enişindən sonra Minskdə saxlanılan Nexta Telegram kanalının keçmiş baş redaktoru Roman Protaseviç və rəfiqəsi Sofya Sapeqa istintaq təcridxanasından ev dustaqlığına köçürüldü. Bu barədə tutulanların valideynləri BBC Rus Xidmətinə bildiriblər.
Məlumata gorə, indi Protaseviç və Sapeqa Minskdə fərqli kirayə mənzillərdə yaşayırlar. Sapeqanın vəkilləri və Rusiya səfirliyi onun profilaktik tədbirinin dəyişdirilməsi barədə məlumatı təsdiqləyib.
Məhbusların yaxınları üçün onların ev dustaqlığına köçürülməsi sürpriz olub.
Qeyd edək ki, dünən Avropa Birliyi Belarusdakı repressiyalar, o cümlədən Roman Prosateviçin həbsinə cavab olaraq Lukaşenko rejiminə qarşı ağır iqtisadi sanksiyalar tətbiq pedib. Bu gün baş redaktorun həbsxanadan çıxması rejimin geri çəkilməsi kimi qiymətləndirilir.
Basta