Sən demə, erməni terrorçular sərhəd pozucuları imiş

İyulun 2-də terrorçuluq, diversiya və digər ağır cinayətlərdə ittiham olunan 14 nəfər erməni hərbiçidən ibarət birinci qrupun işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Dövlət ittihamçısı çıxışında gözlənilmədən müttəhimlərə qarşı bütün ağır ittihamları ləğv edib və yalnız dövlət sərhədini qanunsuz keçmə ittihamını saxlayıb.

 

Eyni zamanda prokuror yalnız iki təqsirləndirilən şəxsi – Avakyan Qraç və Serobyan Qeqamın beş il müddətinə mühakimə edilməsini  istəyib. Bütün digər müttəhimlər üçün 2 il azadlıqdan məhrumetmə cəzası istəyib.

 

Prokuror indiyədək əsaslı ittihamlar adlandırdığı terrorçuluq və digər ağır ittihamları niyə ləğv etdiyini izah etməyib.

 

Məhkəmənin müşavirədən sonra qəbul etdiyi qərar təəccüb doğurub. Belə ki, hökmə əsasən, Avakyan və Serobyan 4 il müddətinə, bütün digər hərbiçilər isə altı ay müddətinə azadlıqdan məhrum edilib.

 

Maraqlıdır ki, jurnalistlər bugünki iclasa buraxılmayıb.

 

Müttəhimlərin artıq 6 aydan çoxdur həbsdə olduqlarını nəzərə alsaq, onlar məhkəmə zalında azadlığa buraxılmalı idilər.

 

Bu qəribə məhkəmə prosesi müttəhimlərdən 12-sinin, çox güman ki, azad ediləcəyini və yaxın gələcəkdə Ermənistana təhvil veriləcəyini göstərir.

 

Minalanmış sahələrin növbəti xəritələrinin növbəti əsirlər qrupu ilə dəyişdiriləcəyi istisna deyil.

 

* 14 müttəhim 2020-ci ilin dekabrında Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin “antiterror əməliyyatı zamanı” Hadrut yaxınlığında saxlanılmış 60-dan çox hərbiçi arasında idi.

 

Turan