Lotu Quli cinayətində yeni gəlişmə: 4 nəfət tutuldu
İstanbulda mütəşəkkil cinayətkar qrupa qarşı keçirilən əməliyyatda, 4 şübhəli şəxs saxlanılıb.
Türkiyənin “Sözçü” qəzetinin verdiyi məlumata görə, bu həbslər ötən il Antalyada bir oteldə öldürülən “Lotu Quli” ləqəbli Azərbaycan vətəndaşı Nadir Səlifovun qətli ilə bağlı istintaq çərçivəsində həyata keçirilib.
Şübhəlilərin N.C. adlı şəxsin lideri olduğu kriminal dəstənin üzvləri olduğu bildirilir.
Müstəqil Dövlətlər Birliyi ölkələrində, xüsusən də Rusiyada meyvə və tərəvəz idxal bazarına nəzarət etdiyi iddia edilən Nadir Səlifov, Antalyanın Boğazkent məhəlləsində bir otel restoranında yemək yeyərkən ən yaxın adamlarından biri olan X. Zeyralov tərəfindən başından güllələnərək öldürülmüşdü. X. Zeyralov və sürücüsü Ə.Hamidli, avtomobillə qaçarkən, Ankara şossesində Dənizli Polis İdarəsi tərəfindən tutulmuşdu. Bu qətlin 18 avqust 2016-cı il tarixində İstanbulun Beşiktaş şəhərində öldürülən “Lənkəranski” ləqəbli kriminal avtoritet Rövşən Canıyevin intiqamını almaq üçün edildiyi iddia edilir.
Pekerin iddiası
Türkiyəli kriminal avtoritet Sedat Peker ilə fotoları da olan Səlifovun cənazəsi Büyükçekmece’de dəfn edilib. Peker, yayımladığı videolarda Nadir Səlifovun adını da gündəmə gətirib və qətlin arxasındakı bəzi adlarla bağlı iddialar irəli sürüb.