Müsavat Tarif Şurasının qazla əlaqədar qərarının ləğvini tələb edir
İyunun 5-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.
Başqan Arif Hacılı partiya sədrləri və ictimai təşkilat rəhbərləri ilə son görüşləri və aparılan müzakirələr barədə məlumat verib.
İclasda qazın qiymətinin bahalaşması və əhali üçün güzəştli limitin 2200 kubmetrdən 1200-ə endirilməsi barədə Tarif Şurasının qərarı müzakirə edilib. Qeyd edilib ki, koronavirus pandemiyası nəticəsində əhalinin gəlirlərinin azaldığı bir məqamda verilən bu qərar imkansız təbəqənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olacaq. Azərbaycan postsovet məkanında qaz ixrac edən dövlətlərin arasında öz əhalisinə ən baha satan dövlətə çevrilib. Müsavat Partiyası bu amilləri nəzərə alaraq Tarif Şurasının qazla əlaqədar son qərarının ləğv olunmasını tələb edir.
Sonda cari məsələlər müzakirə olunub.
Basta