Neftin qiyməti 2018-ci ildən bəri ən yüksək həddə yüksəldi

Dünən Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi istehsalçı ölkələrdən ibarət OPEC+ qrupunun 18-ci Nazirlər Yığıncağı, istehsal siyasətindəki anlaşılmazlıq səbəbi ilə ləğv edildi. OPEC-in 13 üzvü ilə OPEC-ə üzv olmayan neft istehsal edən 10 ölkənin energetika və neft nazirləri, avqust ayından etibarən tətbiq olunacaq istehsal siyasətini müəyyənləşdirmək üçün dünən video konfrans yolu ilə üçüncü dəfə danışıqlar aparacaqdılar, ancaq üzv ölkələr arasındakı anlaşılmazlıq səbəbilə yığıncaq baş tutmadı. Yeni yığıncaq tarixi qarşıdakı günlərdə açıqlanacaq.

 

Marja xəbər verir ki, OPEC+ın Avqustda istehsalın artırılması üçün razılaşa bilməməsindən sonra Brent nefti 1,5%-dən çox bahalaşaraq bareli 77 dolları keçib. Bakı vaxtı ilə saat 09:40-da Brent nefti 77,48 dollardan ticarət olunub.

 

Beləliklə, 30 oktyabr 2018-ci ildən bu yana ilk dəfə Brent markalı neftin qiyməti 77 dollar həddini keçdi.

 

OPEC+ razılaşa bilmədiyindən hazırkı istehsal kvotaları Avqustda da etibarlı olacaq.

 

Bir çox OPEC+ üzvü Avqust ayından etibarən hasilatın gündəlik 400 min barel artırılması barədə razılaşmışdı, amma Birləşmiş Ərəb Əmrlikləri istehsal kvotalarının hesablamasında istifadə edilən üsulun dəyişdirilməsini və gündəlik əlavə 700 min barel neft hasil etmək istəyir. Digər müttəfiqlər isə Birləşmiş Ərəb Əmrliklərinin istəyilə razılaşmır.

 

OPEC+ daha əvvəl Maydan İyul ayına qədər istehsalın gündəlik 2 milyon barel artırılmasına qərar vermişdi.

 

BRENT NEFTİ ÜÇÜN 80 DOLLAR PROQNOZU

 

İsveçrənin investisiya bankı və maliyyə xidmətlər şirkəti UBS-in analitiki Giovanni Staunovo OPEC+dan istehsalın artırılması barədə qərar olmadığı təqdirdə Brent neftin Sentyabr ayında 80 dollara yüksələ  biləcəyini söyləyib.

 

“ING Group”dan Warren Patterson isə, “Nəzəriyyədə koalisiya istehsalı artırmazsa bu bazarlar üçün dəstəkləyici olar. Amma üzvlərin istehsalı artırmayacaqları ehtimalının çox yüksək olduğunu hesab etmirəm”, – deyib.