Azərbaycanda əhalinin sayı açıqlandı – Oğlanlar qızları üstələyir

Ölkə əhalisinin sayı ilin əvvəlindən 16139 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyun ayının 1-i vəziyyətinə 10135272 nəfərə çatıb.

 

Dövlət Statsitika Komitəsindən (DSK) verilən məlumata görə, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Rəsmi məlumata görə, bu ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 47156 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (11,4) qalıb.

 

Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 1180-i əkiz, 30-u isə üçəm olmuşdur. (modern.az)