Göygöldə hərbçiləri daşıyan yük avtomobili aşıb, yaralananlar var

Göygöl rayonu, Aşıqlı kənd ərazisindən keçən hissədə Daxili Qoşunların hərbçilərini daşıyan yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

 

“Report”un Qərb bürosunun məlumatına görə, nəticədə 10-dan çox hərbçi xəsarət alıb .

 

Onlardan bir neçəsinin xəsarəti ciddidir.

 

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.