Həqiqəti deməyin bədəli

 

Məzahir Məmmədli

 

3 nəfər edama məhkum olunur. Bunlardan biri dindar biri hakim biri fizik.

 

Edam masasına ilk olaraq dindar çıxarılır. Başını edam makinasının (gilyotin ) altına qoyub soruşurlar:
Son sözün nədir?

 

Dindar cavab verir:

 

Mən Allaha inanıram o məni xilas edəcək…

 

Allah… Allah… Allah…

 

Makinanını işə saldıqda baltanın boynunu kəsməyinə bir neçə santimetr qalmış balta dayanır.

 

Xalq heyrətlənir və hər kəs bir ağızdan bağırır. Onu sərbəst buraxın o Allah sözünü işlətdi Allah onu qoruyur. Beləcə dindar ölümdən son anda xilas olur.

 

Növbə hakimə çatır ondan da soruşurlar:

 

Demək istədiyin son söz nədir?

 

Hakim cavab verir: Mən dindar kimi Allaha inanmıram. Mən ədalətə inanıram.. Ədalət öz yerini tapmalıdı…

 

Ədalət… Ədalət… Ədalət…

 

Makinanı işə salıb baltanı endirirlər balta hakimində boynunu kəsməyə bir neçə santımetr qalmış dayanır.

 

Bunu görən millət daha çox heyrətlənir yenə bir ağızdan bağırırlar. Hakim ədalət sözünü işlətdi onu sərbəst buraxın.

 

Beləcə hakimdə ölümün astanasında olduğu bir vaxtda bundan xilas olur.

 

Sıra fizikaçıya çatır. Ona da son sözünü söylə deyirlər.

 

Fizik deyir: Mən nə Allaha inanan bir dindaram, yada Ədalətə güvənən bir hakim. Ancaq onu bilirəmki baltanın sallandığı ipdə bir düyün var və o baltanın tam enməsinə mane olur.

 

Cavabdehlər makinanı yoxlayırlar və həqiqətən kəndirdə düyün olduğunu görürlər. Düyünü açıb baltanı buraxırlar, beləcə fizikin başı bədənindən qopur…

 

Cəmiyyətdəki “düyünləri” və problemləri göstərib həqiqətləri deməyin acı sonluğu ola bilər! Həqiqəti söyləməyə cəsarəti olanlar, bədəl ödəməyi gözə almalıdır…