Qarabağda gərginlik artır
Son iki gündə erməni tərəfi Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda ermənilərin mövqelərini atəşə tutması barədə məlumat verir.
Belə ki, ötən gün separatçılar Şuşa şəhəri yaxınlığında Muxtarkənd və Şuşikənd kəndləri ətrafında mövqelərinin atəşə tutulduğunu bildiriblər.
Bu gün isə ermənilər azərbaycanlı hərbçilərin dronlardan istifadə etdiyini bildiriblər, ancaq bunun məhz harada baş verdiyini dəqiqləşdirməyiblər.
Azərbaycan Müdafiə Nazirliyi bu məlumatları hələlik şərh etməyib.
Lakin sosial şəbəkələrdəki azərbaycanlı istifadəçilər Muxtarkənd və Şuşikənd kəndləri arasında ermənilərin təchiz edildiyini bildirirlər.
Bundan əlavə, ermənilər Xocavənd-Xankəndi yolunda hərbi texnika və minaatanlarla möhkəmləndirilmiş daha 8 yeni mövqe yaradıblar.
Bütün bunlar Ermənistandan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə əlavə qüvvələrin çıxarılması barədə Azərbaycan KİV-in məlumatları və Ermənistan Müdafiə Nazirliyinin yeni rəhbərliyinin aqressiv ritorikası fonunda baş verir.
Ermənistanın yeni müdafiə naziri son bir neçə gündə Moskvaya iki dəfə səfər edib, Rusiyanın müdafiə naziri ilə görüşüb.
Turan