Ermənistan: postda üç əsgər cəsədi tapılıb
Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, iyunun 19-u saat 2:15 radələrində cənub-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda üç sıravi əsgər – Murad Muradyan, Levon Harutyunyan və Qor Sahakyanın güllə yarası ilə meyitləri aşkar edilib.
.
Hadisənin təfərrüatları araşdırılır. Əsgərlərin üçü də 2002-ci ildə doğulub.
.
Ermənistan Müdafiə Nazirliyi Sünik vilayətində yerləşən sözügedən postda baş vermiş hadisəyə Azərbaycan tərəfinin aidiyyəti olduğu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara inanmamağa və rəsmi araşdırmanın nəticələrini izləməyə çağırıb.
.
Son aylar Azərbaycan-Ermənistan sərhədində atışmalar nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var. Tərəflər bir-birini atəşkəs rejimini pozmaqda ittiham edirlər.
.
BBC