Şuşada əsgər intihar edib

Müdafiə Nazirliyi bir sıra KİV-lərdə və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində Azərbaycan hərbi qulluqçusunun şəhid olması haqqında gedən məlumatlara aydınlıq gətirib.

 

Hərbi idarənin məlumatında deyilir ki, ilkin araşdırmalara görə, əsgər Çingiz Həziyev ailə-məişət problemləri ilə əlaqədar xidmət etdiyi hərbi hissənin ərazisində intihar edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.