Qızılağac qoruğunda yanğın söndürüldü – Yenilənib

Lənkəran şəhərinin Balıqçılar qəsəbəsində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində baş verən yanğın söndürülüb.

 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Yanğın zamanı 30 hektar sahədə quru ot və kol-kos yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən söndürülüb. Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

 

***

 

 

Lənkərandakı  Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın davam edir.

 

Yanğınsöndürmə əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb edilib.

 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Yanğının söndürülməsini mütəmadi güclənən küləkli hava çətinləşdirir.

 

İlkin məlumata əsasən, ərazidə 10 hektar sahədə əsas etibarilə, kol-kos və qurumuş ağac kötükləri yanır.