Paralimpiya Oyunları: Azərbaycan bir gündə 3 qızıl medal qazandı – FOTO/VİDEO
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan bir gündə 3 qızıl medalı qazanıb.
Əvvəlcə cüdoçumuz Sevda Vəliyeva (-57 kq) buna nail olub. O, finalda Parvina Səməndərova (Özbəkistan) ilə qarşılaşıb və rəqibini vaza-ari xalı ilə məğlub edərək qızıl medalı aktivinə yazdırıb.
Bu nəticədən sonra Azərbaycan medal sıralamasında üç pillə irəliləyərək 10-cu sıraya yüksəlib.
Daha sonra qadın cüdoçumuz Xanım Hüseynova (-63 kq) İrina Qusyevaya (Ukrayna) vaza-ari ilə qalib gələrək qızıl medal qazanıb. Bu nəticə ilə Azərbaycan medal sıralamasında İspaniyanı keçərək 9-cu sıraya yüksəlib.
Daha bir qələbəyə isə kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub.
O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golden Score-da ipponla qalib gələrək qızıl medal qazanıb.
Bununla da bu gün tatamiyə çıxan üç Azərbaycan cüdoçusu da ən yüksək əyarlı medalı əldə edə bilib.
Oxu.az