Vaksinasiya barədə saxta pasportlar satan 3 nəfər saxlanıldı
Avqustun 30-da paytaxtın Yasamal rayonunda saxta kovid-pasportların satışında ittiham olunan üç nəfər Bakı sakini saxlanılıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, Fikrət Şıxıyev, Eldar Mirzəyev və Şirin Şirəliyev dindirmə zamanı etiraf ediblər ki, 40 nəfərə 225 manata koronavirusdan vaksinasiya barədə saxta pasportlar satıblar.
Şıxıyevin avtomobilinə baxış zamanı müxtəlif vətəndaşların adına 30-dan çox saxta pasport, onların şəxsiyyət vəsiqələrinin surəti və bank kartları aşkar edilib. İstintaq hərəkətləri davam etdirilir.