Türkiyə Rusiyaya xəbərdarlıq etdi

Türkiyə hökuməti, Krım Tatar Xalqları Məclisinin sədr müavini Nəriman Cəlalın Rusiya təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmasından narahatdır.

 

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç mətbuata açıqlamasında deyib.

 

Nəriman Cəlal sentyabrın 4-də Simferopolda yaşadığı mənzildə xüsusi  zorakılıqla saxlanılıb. Onun və daha dörd fəalın Sevastopol şəhərinə aparıldığı bildirilir.

 

“Nəriman Cəlal və digər dörd Krım Tatarının taleyindən narahatıq və ən qısa zamanda evlərinə qayıtmalarını istəyirik” – deyə, Tanju Bilgic vurğulayıb.

 

 

Krım Məclisinin sədri, Ukrayna Dumasının deputatı Refat Çubarov sosial şəbəkələrdə yayılan açıqlamasında bu hadisəni “İşğalçı Rusiya tərəfindən adam oğurluğu” kimi qiymətləndirib.

 

Saxlanılan şəxslərin yanına müstəqil vəkillər buraxılmır. Onların Krımdakı separatçı rejimə qarşı diversiya cəhdində ittiham olunduqları və  işgəncəyə məruz qaldıqları bildirilir.

 

Basta