İki erməni Yerevana, bir azərbaycanlı Bakıya “təhvil verilib”

Ağdərədə sülhməramlıların nəzarətində olan ərazidə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev Azərbaycan tərəfinə qaytarılıb, bu barədə Əsir düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinad edən Trend agentliyi bildirir.

Ermənistan mediasına əsasən, Azərbaycandan gələn iki nəfər 14 iyulda “Sünik bölgəsində itən” hərbçilərdir.

 

“Azərbaycanda əsirlikdən qayıdan iki erməni hərbçi Artur Nalbandyan və Aramais Torozyanın olduğu təyyarə Erebuni hava limanına endi”, – çərşənbə axşamı günü Ermənistanın news.am saytı xəbər yayıb.

 

 

 

Azərbaycan avqustun sonunda Qarabağda saxlanılan Cəmil Babayevin Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini bildirmişdir. Azərbaycan Müdafiə Nazirliyi onun haqqında cinayət işi başlayıb.

 

Mübadilə Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə həyata keçirilib.

 

BBC