Taliban qadınların idmanla məşğul olmasını qadağan etdi

Taliban hərəkatı Əfqanıstanda  milli komandaların üzvləri də daxil olmaqla qadınlara idmanla məşğul olmağı qadağan edib. Bunu Avstraliyanın SBS News  nəşrinə müsahibəsində Taliban Mədəniyyət Komissiyası rəhbərinin müavini Əhmədullah Vasik söyləyib.

 

“Əgər qadınlar idmana buraxılsalar, tamaşaçılar onların bədənlərini görə biləcək. Bu isə İslam və İslam Əmirliyinin qaydalarına ziddir” – deyən Vasik bildirib ki, Taliban qadınların  gəzintiyə çıxmaq hüququna qəbul edir, lakin onların idmanla məşğul olmasına ehtiyac yoxdur.

 

Basta