Rusiya hökumətinin saytından “Dağlıq Qarabağ Respublikası” ifadəsi silindi
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi etirazından sonra Rusiya hökumətinin vahid informasiya sisteminin rəsmi saytının “Satınalmalar” bölməsində istifadə olunan “Dağlıq Qarabağ Respublikası” ifadəsi saytdan silinib.
İndi məkan olaraq sadəcə “Rusiya Federasiyası xaricində” ifadəsi yer alıb, malların, işlərin və ya xidmətlərin çatdırılma yeri olaraq “Azərbaycan Respublikası” göstərilib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bununla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası təqdim etmişdi.
Mustafa Hacıbəyli
Basta