Gorus-Qafan yolunda İran maşınları yoxlanır və onlardan gömrük rüsumu alınır

Sentyabrın 12-dən etibarən Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus olan yük maşınları yoxlanılır.

 

Bu haqda Ermənistan mətbuatı yerli Dövlət Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

 

Xəbər verdiyimiz kimi, adıçəkilən yolun Qubadlı rayonunun  Eyvazlı kəndi ərazisindən  keçən hissəsində Azərbaycanın polis postu  qurulub.

 

Bildirilir ki,  yoxlamadan sonra İranlı sürücülərdən gömrük rüsumu alınır və onlara müvafiq qəbz verilir.

 

 

 

 

Basta