18 oktyabr qeyri-iş günü olsun – Müsavatdan tələb
Sentyabrın 13-də Müsavat Partiyasının qərarqahında Divanın növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə qərarların icrası və görülən işlər haqqında məlumat dinlənilib.
Sentyabrın 15-də saat 12:00-da Bakının rus-erməni işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı Şəhidlər Xiyabanının və Türk Şəhidliyinin ziyarət olunması ilə əlaqədar hazırlıqlar müzakirə edilib.
Oktyabrın 11-də Müsavat Partiyasının yaradılmasının 110-cu ildönümü, oktyabrın 18-də isə Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 30-cu ildönümü ilə bağlı tədbirlərin keçirilməsi haqqında qərar verilib.
Qeyd edilib ki, mövcud hakimiyyət müstəqilliyin bərpa olunmasının ildönümü ilə əlaqədar Ukrayna və digər qonşu dövlətlərin xalqlarını təbrik etsə də, eyni tarixi əhəmiyyət daşıyan bayram günündə Azərbaycan xalqını təbrik etmir. Müsavat Partiyası Milli Müstəqillik Gününün ölkəmizdə dövlət bayramı kimi qeyd edilməsini və 18 oktyabın qeyri-iş günü olmasını tələb edir.
İclasda ölkədə və regionda baş verən hadisələrlə əlaqədar fikir mübadiləsi aparılıb.
Sonra cari məsələlər müzakirə edilib.
Basta