Ağdamda traktor sürücüsü minaya düşüb

Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayev tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bu barədə rayon prokurorluğu məlumat yayıb.

 

Hadisə sentyabrın 21-nə keçən gecə saat 01.00 radələrində baş verib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

 

2020-ci il noyabrın 10-da Qarabağda hərbi əməliyyatlar dayandırıldıqdan sonra azad olunmuş ərazilərdə minaya düşmə nəticəsində 7 hərbi qulluqçu və 23 mülki şəxs həlak olub, 91 hərbiçi və 38 mülki şəxs (bugünki hadisə də nəzərə alınmaqla) yaralanıb.