Azərbaycan internet azadlığı olmayan ölkələr sırasındadır – Hesabat
Mərkəzi qərargahı ABŞ-da yerləşən “Freedom House” beynəlxalq insan hüquqları təşkilatı 70 ölkəni əhatə edən internet azadlığı reytinqi açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, 18 ölkədə internet azad, 31 ölkədə qismən azaddır, 21 ölkədə internet azadlığı yoxdur.
Azərbaycan internetin azad olmadığı ölkələr siyahısında gedir. Bu sırada Türkiyə, İran, Rusiya, Belarus, Qazaxıstan və Özbəkistan da var.
Ukrayna və Qırğızıstan qismən azad ölkələr, Estoniya, Gürcüstan, Ermənistan azad ölkələr sayılır.
Novator.az