Rusiya ilə Türkiyə arasında gərginlik: Moskva Suriya ilə bağlı anlaşmanı pozur

Türkiyənin Müdafiə Nazirliyi Rusiyanı Moskva ilə Ankara arasında Suriya ilə bağlı razılaşmanı pozmaqda günahlandırıb.

 

Bunun səbəbi Suriyanın şimal-qərbində Türkiyənin təsir dairəsində olan İdlib şəhərinin son bir ay ərzində Rusiyanın şiddətli hava zərbələrinə məruz qalmasıdır.

 

Türkiyənin müdafiə naziri Hulusi Akar, Türkiyə ilə Rusiya arasındakı anlaşmanı xatırladaraq, Kremlin  onu pozduğuna işarə edib: “Biz bu müqavilənin şərtlərinə  əməl edirik. Ancaq son vaxtlar hava hücumlarının sayı artıb. Bunun da Memoranduma uyğun olmadığını bildirdik”.

 

Qeyd edək ki,  bu günlərdə Soçidə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin arasında zirvə görüşü keçiriləcək. Bu görüş ərəfəsində Rusiyanın Suriyada fəallaşması Ankaraya təzyiq kimi qiymətləndirilir. Ekspertlər xatırladır ki, Türkiyə ilə Rusiya Suriyada 4 bölgəyə nəzarət etməyə iddialı olub. İdlib istisna olmaqla digər 3 bölgəni Türkiyə Rusiyaya güzəştə gedib. İndi İdlibin də Rusiya tərəfindən intensiv atəşə tutulması Kremlin meydan oxuması kimi qiymətləndirilir.

 

Basta