Düşünə bilənləri nə vaxt eşidəcəyik?

Rəhman Bədəlov

Sərnişin avtobusunun kənardakı monitorunda oxuyuram”gücümüz birlikdədi”.

Yenə sərnişin avtobusun içəridəki monitorunda oxuyuram “Düşmənə sirrini vermə”.

Yenə sərnişin avtobusun diktoru “Müdafiə nazirliyi” adından bizdən xahiş edir ki İnternetin “sosial şəbəkələrində” müharıbə zonasından xəbər yaymayaq.

İndi isə KTV qəzetində oxuyuram “Sevinc Ağasiyeva yeni “Diriliş marşı” layihəsini təqdim edir”, şəkildə isə Sevinc hərbi geyimdə əlində avtomat.Bu silsilə bizi “vətənpərvər” edib, düşməni sarsıtmalıdı.

Düzünü deyim, bunlara (bu siyahını hər biriniz davam edə bilərsiniz) ironik yanaşmaq istəyirəm, bacarmıram.

Bircə onu deyə bilərəm ki meydanda olan insanlarımız bizə, içərimizdə, və kənarda, böyük dünyada, “sadələşdirilmiş” həyat modelini təqdim edirlər, o “sadələşdirilmiş” modelə “həqiqətlərimiz” deyirlər, və böyük dünya o “sadələşdirilmiş” modeli qəbul etməyəndə dünyanı “ikili standartda” günahlandırırılar.

Düzünü deyim, o meydanda olan insanları günahlandırmıram, onları “vizionu” elədi, onlar bacardıqları budu.

Özüm özümə isə sual verirəm, nə zaman meydana başqa, düşünə bilən, dünyanı “sadələşdirməyən” insanlar çıxa biləcək, nə zaman onların fikri bizdə keçərli olacaq, onları eşidəcəyik? Axı ətrafda belə insanları görürəm. Az da deyirlər.

.

Yazı Rəhman Bədəlovun feysbuk səhifəsindən götürülüb.

Basta