“DTX Kəramət Böyükçölü Narkoloji Dispanserə aparıb” – hüquq müdafiəçisi

Jurnalist Kəramət Böyükçölü DTX əməkdaşları tərəfindən Maştağadakı Narkoloji Dispanserə aparılıb.

 

Bu haqda hüquq müdafiəçisi Rüfət Səfərov  məlumat yayıb.

 

“2 saat əvvəl zəng edib, söylədi: “Rüfət, gəl məni götür, xilas elə, bura çox vahiməli yerdir.” Hazırda telefonunu da əlindən alıblar. Atası Qəşəm müəllim zəng etmişdi. Övladının taleyindən narahatdır. Xahiş edirəm, Kəramətlə ailəsinin danışmasına şərait yaradasınız” – deyə, Rüfət Səfərobv özünün feysbuk səhifsində yazıb.

 

Kəramət Böyükçölün ötən gün sosial şəbəkədə İlham Əliyevin əleyhinə statuslar paylaşdığına görə Narkoloji Dispanserə aparıldığı ehtimal edilir.

 

Qeyd edək ki, bu, Azərbaycanda siyasi müxalifətə qarşı istifadə olunan üsullardan biridir.  Bundan əvvəl siyasi motivlərlə inzibati qaydada həbs edilən  Müsavat Partiyası Suraxanı rayon təşkilatının fəalı Nizaməli Süleymanov və onun qardaşı oğlu Akif Süleymanov sonra məhkəmənin qanunsuz qərarı ilə Məştağa qəsəbəsində yerləşən  Respublika Narkoloji Mərkəzinə məcburi müalicəyə göndərilib.

 

Basta