Rusiyada paraşütçülərin olduğu təyyarə qəzaya uğradı – azı 19 nəfər öldü
Tatarıstanın Menzelinsk şəhəri ərazisində yüngül mühərrikli L-410 təyyarəsi qəzaya uğrayıb. TASS bu barədə təcili yardım xidmətlərinə istinadən yazır.
Göyərtədə 23 nəfər olub. İnterfaks Fövqəladə Hallar Nazirliyinə istinadən yazır ki, 3 nəfərin taleyi məlum deyil. Mənbə bildirib ki, hər iki pilot da daxil olmaqla, qalan 19 nəfər həlak olub.
Təyyarə aerodromdan qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Qəzanın əsas səbəbinin avadanlıqların nasazlığı olduğunu bildirilir.
İlkin məlumatlara görə, pilot təcili eniş etməyə çalışsa da, yerə zərbə çox güclü olub. Qəzaya uğrayan təyyarə, təsdiqlənməmiş məlumata görə, Rusiyanın DOSAAF -a məxsusdur. 1987 -ci ildən fəaliyyət göstərib.
Basta