Tehran zindanında siyasi məhbuslar döyülüb
Tehran zindanında saxlanılan türk dili fəalı Əlirza Fərşi və başqa məhbuslar oktyabrın 8-də ailələri ilə telefon əlaqəsi saxlayaraq onlara qarşı təxribat törədildiyini deyiblər.
Məhbuslar zindanın 5-ci bölməsində baş verən təxribatda ağır cinayətlər törətmiş məhbusların siyasi məhbusları döydüklərini, onlardan bir neçəsinin bədən xəsarətləri ilə zindanın tibb məntəqəsinə yerləşdirildiyini söyləyiblər.
Əlirza Fərşi və başqa fəal və siyasi məhbuslar dəfələrlə məhbusların ittihamlarına görə ayrılmaları və yerləşdirmələrini tələb ediblər.
İranda məhbusların ittihamlarına görə təsnifatlandırılması və yerləşdirilməsi qanunu icra edilmədiyi üçün ağır cinayət törətmiş müttəhimlərlə siyasi məhbusları bir yerdə saxlanılır.
İran hökuməti və zindan rəhbərliyi bu vasitə ilə siyasi məhbuslara basqı göstərir, istənilən zaman onlara qarşı sui-qəsd törədir.
GunazTV