Milli Məclis “Müstəqillik Günü haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib
Milli Məclis bu gün “Müstəqillik Günü haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Qanun layihəsində təklif olunur ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin, Milli Məclisin saytı yazır.
Hazırda mayın 28-i Respublika Günü, oktyabrın 18-i isə Müstəqillik Günü kimi qeyd olunur.
Qanun qəbul olunarsa Müstəqillik günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.
Ötən günki iclasda Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, “Müstəqillik Günü haqqında” qanun layihəsi Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib.
Oktyabrın 11-də qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.