İrandan gəlirəm, yüküm tiryəkdir…

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları narkotik vasitələrin və tütün məmulatlarının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısını almışdır. Bu barədə DSX-nın avqustun 25-də yaydığı məlumatda məlumatında deyilir.

Hadisənin avqustun 23-də baş verdiyi bildirlir. “Astara”  sərhəd nəzarət şöbəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana keçən İran vətəndaşı Babaei Kousalari Sadegh Samadin idarə etdiyi “Dong-Feng” markalı 38-D-43910 dövlət nömrə nişanlı yük avtomobilinə birgə baxış keçirib.

Avtomobilin salonunda gizlədilmiş təxmini çəkisi 15 kiloqramdan çox narkotik vasitəyə bənzər maddələr (4085 qram “metamfetamin”, 7800 qram “heroin”, 2129 qram “tiryək”, 1050 qram “marixuana”) və 920 qutu “KENT” markalı siqaretlər aşkar olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir