18 oktyabr yenə iş günü olaraq qaldı
Bu gün Azərbaycan parlamenti “Müstəqillik Günü haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Qanunun qəbul edilməsinin əleyhinə yalnız bir deputat səs verib.
Sənədə əsasən, əvvəllər “Respublika Günü” kimi qeyd olunan 28 may “Müstəqillik Günü” elan edilir.
28 aprel 1920-ci il tarixində Sovet Rusiyası tərəfindən işğal edilənə qədər mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin həmin günündə elan edilib.
Əvvəllər 1991-ci ildə Azərbaycanın müstəqilliyi haqqında konstitusiya aktının qəbul edilməsi ilə əlaqədar oktyabrın 18-də qeyd edilən “Dövlət Müstəqilliyi Günü” isə artıq “Müstəqilliyin Bərpası Günü” adlandırılacaq.
28 may əvvəlki kimi qeyri-iş günü, 18 oktyabr isə iş günü hesab olunacaq.
Hakimiyyət hələ də bu yeniliklərin edilməsi zərurəti ilə bağlı aydın açıqlama verməyib.
Müxalifət bayramların adlarının dəyişdirilməsini tənqid edib. Hakimiyyətin tənqidçiləri 28 May bayramından “Respublika” sözünün çıxarılmasının yersiz olduğunu qeyd edirlər, belə ki, bu söz Azərbaycanın hələ 20 il əvvəl respublika idarəetmə formasını seçdiyini vurğulayırdı. Bundan başqa, bu, müsəlman şərqində ilk respublika idi.
Basta