Bakıda ticarət mərkəzində yanğın

Bu gün, oktyabrın 16-da Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində yanğın başlayıb. Bu barədə Fövəqlədə Hallar Nazirliyindən bildiriblər.

 

Məlumata görə yanğın oktyabrın 16-sı 09:15-də başlayıb və 10:35-ə kimi davam edib.   Nazirlikdən verilən məlumatda virğulanır ki, hazırda baş vermiş yanğınla əlaqədar müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.

 

Məlumatda deyilir ki,  “Nəriman Nərimanov” metrosunun yaxınlığında bir-birinə bitişik, birmərtəbəli müxtəlif təyinatlı ticarət obyektlərinin, təxminən, 300 kvm sahəsi yanıb, bunlar əsasən telefon, parça mağazaları və s.obyektlərdir.

 

Hazırda yanğının baş verməsi səbəbləri araşdırılır.