İlqar İbrahimoğlu sərbəst buraxılıb
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, ilahiyyatçı İlqar İbrahimoğlu sərbəst buraxılıb. Bununla bağlı o, öz Facebook səhifəsindən müraciət yayıb. İlqar İbrahimoğlu DTX-da bir neçə saat ərzində ona verilən sualları cavablandırdığını bildirib.
***
İlahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun saxlanıldığı bildirilir.
Oktyabrın 19-da İ.İbrahimoğlu öz Facebook səhifəsindən canlı efirə çıxaraq hüquq mühafizə orqanlarının nümayəndələri onun evinə gəldiyini özü də evə getdiyini bildirdi.
Bundan sonra hüquq müdafiəçisi Rüfət Səfərov isə AzadlıqRadiosuna bildirib ki, ilahiyyətçinin evində axtarış aparılıb, özü isə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.
Turan