Britaniyada Covid-19 əleyhinə ilk həb təsdiqləndi

Britaniyada Covid simptomlarını müalicə edən ilk dərman təsdiqlənib.

Molnupiravir adlı həb koronavirus diaqnozu qoyulmuş həssas səhhətə malik şəxslərə gündə iki dəfə veriləcək.

Qrip əleyhinə istifadə olunan dərman kliniki sınaqlarda xəstəxanaya düşmək və ya ölüm halları riskini yarıbayarı azaltdığı məlum olub.

“Bu gün ölkəmiz üçün tarixi bir gündür, çünki indi Böyük Britaniya dünyada Covid üçün evdə qəbul edilə bilən antiviral dərmanı təsdiqləyən ilk ölkədir”, səhiyyə naziri Sajid Javid deyib.

Merck, Sharp və Dohme (MSD) və Ridgeback Biotherapeutics adlı ABŞ şirkətləri tərəfindən hazırlanmış Molnupiravir virusun fermetlərini elə hədəfləyir ki, virusun özünün surətlərini çıxarır və virusun genetik kodunda yalnışlar yaradır.

Bu, virusun çoxalmasının qarşısını almaqla, bədəndə virus səviyyəsini aşağı tutmağa və xəstəliyin şiddətini azaltmağa kömək etməlidir.

Merck bildirir ki, həb virusun gələcəkdə yarana biləcək yeni variantlarına qarşı da effektiv ola bilər.

Britaniyanın dərman tənzimləyici qurumu – MHRA həbin yüngül və orta Covid simptomları olanlara, piylənmə, diabet və ürək xəstəlikləri oan şəxslərə və yaşlılara veriləcəyini açıqlayıb.

BBC