DSX-nin hərbi qulluqçusu həlak olub
Noyabr ayının 4-də saat 17:20 radələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Əhmədov Tural həlak olub.
Bu barədə Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun birgə məlumatında deyilir.
T.Əhmədov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alıb. Hərbi qulluqçunun təxliyəsi üzrə dərhal tədbirlər görülsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq tərəfindən birgə araşdırma tədbirləri həyata keçirilir.