Pensiyası kəsilən veteranlar nazirliyin qarşısında toplaşdı

Noyabrın 19-da bir qrup birinci Qarabağ müharibəsi veteranı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb. Onlar aylardır əlillik pensiyasının kəsilməsinə etiraz ediblər.

 

Aksiyaya digər şəxslər də qoşulub, onlar da əlillik pensiyasından məhrum olduqlarını bəyan ediblər.

 

Polis aksiyanın qarşısını alıb. İştirakçılardan bəziləri polis maşınlarına mindirilərək hadisə yerindən uzaqlaşdırılıb.

 

Bununla belə, etirazçılardan bəzilərini nazirliyik tərəfindən qəbul edilib.

 

Nazirlikdən şərh almaq mümkün olmayıb.

 

Xatırladaq ki, bu il əlilliyin təyin olunması qaydalarına dəyişiklik edilib,  bu səbəbdən əlillərin bəziləri müavinətlərindən məhrum olub.