Müsavat Saleh Rüstəmovun azad olunmasını tələb edir
Noyabrın 29-da Müsavat Partiyası Divanının iclası keçirilib. İclasda əvvəlcə görülən işlər barədə məlumat verilib.
Qeyd edilib ki, siyasi məhbus Saleh Rüstəmovun aclıq aksiyası onun səhhətinə təhlükə yaradıb. Müsavat Partiyası Saleh Rüstəmovun həbsinin qanunsuz olduğunu bir daha bəyan edir, onun dərhal azad olunmasını tələb edir.
İclasda Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının Soçi görüşü barədə fikir mübadiləsi aparılıb. Sülh danışıqlarının bu formatının Azərbaycanın maraqlarına uyğun olmadığı vurğulanıb.
Rəsmi Bakı 9 noyabr bəyanatının tələblərinə əməl olunduğunu açıqlasa da, həmin bəyanatın 4-cü, 7-ci və 9-cu maddələrinin tələblərinə əməl olunmayıb: separatçı qüvvələr Qarabağdan çıxarılmayıb, azərbaycanlı məcburi köçkünlər və qaçqınlar geri qaytarılmayıb və kommunikasiyalar açılmayıb.
Bildirilib ki, Ermənistan tərəfi Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə gəlib-gedə bilsə də, biz dəhliz alıb öz ərazimizə – Naxçıvana gedə bilmirik.
Sonda cari məsələlər müzakirə olunub.
Basta