Müsavatçı qadınlar ümumi yığıncaq kecirəcək
Bu gün Müsavat Partiyasının qərargahında Müsavat Qadınlar Təşkilatının toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən “Başta” ya verilən məlumata görə toplantı Müsavatçı Qadınlar Birliyinin ümumi yığıncağına hazırlıq məqsədi ilə keçirilib.
Pandemiya səbəbi ilə uzun zamandır offline toplantı keçirməyən müsavatçı qadınlar Qarabağ müharibəsində şəhid olan əsgərlərimizin və mülki vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Müsavat Partiyasının himni oxunduqdan sonra Müsavat Məclisinin sədri Nüşabə Sadixlinin sədrliyi ilə iclas başlayıb.
İclasda ölkədə və dünyada baş verən siyasi məsələlər müzakirə olunub.
Müzakirələrdə qadınların ictimai-siyasi proseslərə təsirindən, onların aktiv fəəaliyyətinin vacibliyindən danışılıb.
Toplantıda konfransa hazırlıq üçün təşkilat komitəsi yaradılıb.
1. Şöhrət Rövşən qızı
2. Sevda Laçınlı
3. Dünyaxanım Cahan
4. Ziyarət Səfərova
5. Fəridə Ələsgərli təşkilat komitəsinə üzv seçiliblər.
Dünyaxanım Cahan Təşkilat Komitəsinin sədri seçilib.
Yaxın günlərdə Təşkilat Komitəsinin ilk toplantısının keçirilməsi, ümumi iclasa hazırlıq işləri barədə müvafiq qərarların qəbul edilməsi barədə qərar qəbul edilib.
Basta2.com