ABŞ Dövlət Departamenti Saleh Rüstəmlini təcili azad etməyə çağırıb

“Biz Saleh Rüstəmlinin vəziyyətinin pisləşməsi barədə məlumatlardan çox narahatıq.

 

Azərbaycan humanitar səbəblərdən onu təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin. Artıq 35 gündür ki, aclıq aksiyasını davam etdirir və ölümə yaxındır”. Bu barədə dekabrın 11-də ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays Tvitter hesabında yazıb.

 

* Siyasi məhbus Saleh Rüstəmli qanunsuz olaraq uydurma ittihamlarla 7 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz olaraq aclıq edir.