İsrailin müdafiə naziri: “İrana qarşı hərəkətə keçməyin vaxtıdır”
İsrailin müdafiə naziri Beni Qants İranın hərbi PUA-larından və tegion ölkələrinə, o cümlədən də İsrailə qarşı təhdidindən danışıb.
O, bu barədə Amerika beyin mərkəzlərinin yüksək vəzifəli araşdırmaçı ekspertləri və media nümayəndələri ilə keçirdiyi görüşdə açıqlama verib.
İran rejiminin İsrailə və digər region ölkələrinə hücum etmək üçün ölkənin qərbi sərhədlərində öz hərbi qüvvələrini gücləndirdiyini bildirən Qants deyib ki, artıq indi İrana qarşı hərəkət keçməyin vaxtıdır.
“İran Kaşan şəhərində hərbi PUA-lardan istifadə qaydalarını öyrətmək üçün terrorçu qruplaşmalara təlimlər keçir, körfəz ölkələrinə hücuma keçmək üçün öz hərbi pilotsuz uçuş aparatlarını Qeşm adasına yerləşdirir, İsrailə və digər region ölkələrinə hücuma hazırlıq məqsədi ilə ölkənin qərb sərhədlərində yerləşdirdiyi qüvvələrini gücləndirir.
Bütün bunlara baxmayaraq İran hazırda güclü deyil, məhz buna görə də hesab edirəm ki, indi bu ölkəyə qarşı hərəkətə keçməyin vaxtıdır və mən bu xüsusda Amerikanın bir sıra yüksək vəzifəli şəxsləri ilə də danışıqlar aparmışam”, -deyə İsrailin müdafiə naziri Beni Qants Amerika beyin mərkəzlərinin yüksək vəzifəli ekspertləri və media nümayəndələri ilə keçirdiyi görüşündə bildirib.
Həmin görüşdə, İran təhdidi ilə bağlı dediklərini əsasandırmaq üçün, İranın Kaşan şəhərində və Qeşm adasında yerləşdirdiyi hərbi PUA-lar və terrorçulara təlimlər keçirilməsi ilə bir sıra şəkil və xəritələri də nümayiş etdirib.
İsrailin müdafiə naziri həmçinin bildirib ki, İranın Qeşm adasında yerləşdirdiyi hərbi PUA-lar, pilotsuz uçuş apaatlarının inkişaf etdirilmiş “Şahid” növündəndir və İran bundan əvvəl körfəz sualarında Amerika hədəflərinə qarşı həyata keçirdiyi hücumlarda həmin PUA-lardan istifadə edib.
Gunaz TV