Britaniyada Omikron variantından ilk ölüm halı qeydə alınıb
Britaniyada koronavirusun Omikron variantından ilk ölüm halı qeydə alınıb. Ölkənin Baş naziri Boris Conson bazar günü Britaniyanın coronavirusun Omikron variantı ilə “dalğavari” şəkildə üzləşdiyini bildirib və ona qarşı müdafiəni artırmaq üçün gücləndirici peyvəndlərin artırılmalı olduğunu elan edib.
Televiziya ilə yayımlanan açıqlamasında Conson deyib ki, Omikrona cavab olaraq, bu ayın sonuna qədər 18 yaşdan yuxarı hər kəsə üçüncü peyvənd dozası vurulmalıdır. Əvvəlki hədəf yanvarın sonu idi.
Onun sözlərinə görə, yüksək sürətlə ötürülən varianta yoluxma halları hər iki-üç gün ərzində artır. “Omikronun daha böyük dalğası gəlir” deyib Conson.
“İndi aydın oldu ki, peyvəndin iki dozası hamımızın ehtiyac duyduğu qoruma səviyyəsini üçün kifayət deyil. Lakin yaxşı xəbər odur ki, alimlərimiz əmindirlər ki, üçüncü, gücləndirici doza ilə hamımız qoruna bilərik” – deyə, Conson bildirib.
O, gücləndirici peyvəndləri çatdırılması üçün səyyar peyvənd mərkəzləri, həftədə yeddi gün fəaliyyət göstərən klinikalar, hərbi planlaşdırma qrupları və minlərlə könüllünün yardımı ilə “milli missiya” elan edib.
Conson hökumətinin yeni il ərəfəsində ölkədəki hər kəsə COVID-19 peyvəndinin üçüncü dozasının vurulması üçün kampaniyaya başladıldığını deyib.
Consonun Britaniyada peyvənd hədəfi dekabrın 31-dir. Britaniyanın digər hissələri – Şotlandiya, Vels və Şimali İrlandiyanın da peyvənd kampaniyalarını sürətləndirmələri gözlənilir.
İlkin məlumatların üçüncü peyvənd dozasının effektivliyiin 70-75% arasında olduğunu göstərməsinə baxmayaraq, Britaniya alimləri mövcud peyvəndlərin Omikrona məruz qalan insanlarda simptomatik infeksiyaların qarşısının alınmasında daha az təsirli olduğunu deyir.
Boris Conson bu açıqlamasını bazar günü hökumətin ölkədə rəsmi koronavirus təhlükəsi səviyyəsinin yüksəldiyi və Omikron variantının sürətlə yayılmasının Britaniyanı riskli əraziyə çevirə biləcəyi ilə bağlı xəbərdarlığından sonra edib.
Amerikanın səsi