Putin canlı yayımda sərt sualla üzləşdi və çaşdı

Rusiya prezidenti Vladimir Putin dekabrın 23-də keçirdiyi ənənəvi illik mətbuat konfransında sərt sualla üzləşib.  “Novaya qazeta”nın baş redaktoru, Nobel mükafatı laureatı Dmitri Muratov mətbuat konfransına qatıla bilməyib, lakin onun sualını “Exo Moskvi” radiosunun jurnalisti Maksim Kurnikov səsləndirib.

 

Muratovun sualı bu şəkildə səslənib: “Anna Politkovskaya və Boris Nemtsovun qətlini sifariş edənlərin adlarını şəxsən bilirsiniz”.

 

Putin Politkovskaya və Nemtsovun qətlinin açılması üçün hər şeyi etdiyini deyib. “Mən bu cinayətləri açmaq üçün hər şeyi etdim. Bütün tapşırıq və əmrləri mən vermişəm. İnsanlar həbsdədir. Sifarişçilərin  özlərini gizlətdikləri, mötərizələrdən kənarda qaldıqları barədə bir fikir var (? – red.). İstintaq orqanlarının bundan xəbəri yoxdur. Sifarişçilər varsa, biz onları axtaracağıq”, – deyən Vladimir Putin canlı yayımda çaşqınlığını gizlədə bilməyib.

 

Qeyd edək ki, Putinin rejiminin ən sərt tənqidçisi olmuş Anna Politkovskaya 2006-cı ildə, Rusiya prezidentliyinə əsas nammizədlərdən biri olan Boris Nemtsov 2015-ci ildə müəmmalı şəkildə qətlə yetirilib.  Hər iki qətlin Putinin sifarişi ilə törədildiyi ehtimal edilir.

 

Basta