Arayik Arutunyan Paşinyana “müharibə” elan etdi
Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı son açıqlaması onun əleyhdarlarını hərəkətə gətirib.
Paşinyanın Qarabağın “statusu” məsələsinin “dəfn edildiyi” barədə fikirləri revanşistləri hiddətləndirib.
“2016-cı ildə status məsələsi yenidən BMT Təhlükəsizlik Şurasına qaytarıldı və bu, Ermənistan üçün fəlakətlə nəticələndi, çünki ən mötəbər beynəlxalq platforma çərçivəsində Qarabağın statusuna ümid etmək mümkün deyil.
Əgər Minsk Qrupu platformasında Ermənistanın Qarabağa “xüsusi status” iddia etmək şansı var idisə, Təhlükəsizlik Şurasında bu, mümkün deyil”, – deyən Paşinyana revanşistlər Qarabağdakı separatçıların başçısı Arayik Arutunyan vasitəsilə cavab veriblər.
Arayik Arutunyan bəyan edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ əhalisi adından danışmaq hüququ yoxdur.
Modern.az