İran-Azərbaycan arasında yeni sərhəd-keçid məntəqəsi olacaq

Ərdəbil vilayətinin şimalında açılacağı gözlənən yeni sərhəd-keçid məntəqəsinin İran və Azərbaycan arasında gediş-gəlişi, xüsusilə də yük daşımalarını asanlaşdıracağına ümid edilir, 2022-ci ildə Dünya İqtisadi istehsalının həcmi ilk dəfə olaraq 100 trilyon dolları aşa bilər, Reuters Britaniyanın CEBR konsaltinq şirkətinin hesabatına istinadən bildirib, – daha ətraflı BBC News Azərbaycancanın icmalında

“Aslandüz”
İranla Azərbaycan arasında Aslandüz sərhəd-keçid məntəqəsi açılacaq.

 

İranın Ərdəbil valisi Hadi Ameli Aslandüz sərhəd-keçid məntəqəsinin açılacağını iki ölkə arasında iqtisadiyyatın və sərhəd əlaqələrinin rifahı baxımından əhəmiyyətli sayıb, İrna xəbərlər agentliyi yazıb.

 

Hadi Amelinin sözlərinə görə, vilayətin şimalındakı yeni sərhəd-keçid məntəqəsi İran və Azərbaycan arasında gediş-gəlişi, xüsusilə də yük daşımalarını asanlaşdıracaq.

 

“Biz ticarət və malların tranzitini asanlaşdırmaq üçün əyalət yollarını genişləndirməyi planlaşdırdığımız üçün Parsabad-Ərdəbil şəhər yolunun inkişafı hər iki ölkəyə böyük şəhərlərə çıxış yolu ilə ticarətini inkişaf etdirməyə imkan verəcək”, – Hadi Ameli deyib.

 

Hazırda biri Naxçıvanda olmaqla Azərbaycanla İran arasında üç sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir.

 

COVİD-19 pandemiyası səbəbindən İranla Azərbaycan arasında quru sərhəd-keçid məntəqələri hazırda bağlıdır, yalnız yük daşımalarına icazə verilir.

 

Yeni açılacağı elan olunan “Aslandüz” sərhəd-keçid məntəqəsi İrandan Azərbaycana İkinci Qarabağ müharibəsi zamanı azad olunmuş ərazilərə keçid imkanı yaradacaq.

 

BBC