Şahmat üzrə dünya çempionatında sensasiya -17 yaşlı özbək qalib gəldi

Varşavada təşkil olunan Dünya Rapid Çempionatının qalibləri Nodirbek Abdusattorov və Aleksandra Kosteniuk olublar.


“CEMPİON.AZ” 
FİDE-nin rəsmi saytına istinadən xəbər verir ki, kişi şahmatçılar arasında qalib gözlənilənin əksinə olaraq 5 qat dünya çempionu Maqnus Karlsen deyil, Nodirbek Abdusattorov olub.

 

Ondan sonrakı sıranı Yan Nepomnyaççi, 3-cü yeri isə son dünya çempionu Karlsen tutub. Nepomnyaççiyə qarşı blits-breyk qələbəsindən sonra 17 yaşlı özbək vunderkindisi Nodirbek Abdusattorov sürətli şahmatda tacı qazanaraq müdafiəçi Maqnus Karlseni titulundan məhrum edib.  Nodirbek Abdusattorov 13 turdan 9,5 xal toplayıb.  Bu qələbə ilə Abdusattorov nəinki tarix yazdı, həm də 60 min ABŞ dolları məbləğində mükafat qazanıb.

 

Qadınlar arasında isə birinciliyə rusiyalı şahmatçı Aleksandra Kostenyuk 9/11 nəticə ilə adını yazdırıb. 37 yaşlı Kostenyuk ilk dünya tacını qazanıb. Ondan sonrakı yerləri Bibisara Assaubayeva və Valentina Qunina bölüşdürüb.

 

Qeyd edək ki, həmyerlimiz Şəhriyar Məmmədyarov yarışı 8-ci yerdə başa çatdırıb. Onun hesabında 13 turdan 9 xal var. O da mükafatçılar arasında olub. Həmyerlimiz 14 min ABŞ dolları qazanıb.

 

 

“CEMPİON.AZ”