Qazaxıstanda kütləvi repressiyalar başlandı: iki minə yaxın etirazçı saxlanıldı

Almatıda polis iki minə yaxın adamı saxlayıb. Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirliyin mətbuat xidməti polisin keçirdiyi əməliyyatı “təmizləmə” əməliyyatı adlandırıb.

 

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də ölkə sakinlərinə müraciət edərək etirazçılara qarşı mümkün qədər sərt davranacağını vəd edib. O, onları “quldur elementlər” və “sui-qəsdçilər” adlandırıb.

 

Almatı polisi yanvarın 6-da səhər saatlarında bildirib ki, gecə saatlarında şəhərdə onlarla etirazçı öldürülüb.

 

Basta