Müsavat Divanının gündəliyi

Yanvarın 10-da Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə görülən işlər barədə məlumat dinlənilib.

 

Partiyanın 2022-ci ilə dair fəaliyyət proqramı müzakirə olunub. Layihə əsas kimi qəbul edilib.

 

Rusiya tərəfindən yeni xəritə hazırlanması,  burada işğaldan azad edilmiş Suqovuşan kəndinin  Madagiz adı ilə “sülhməramlıların” nəzarəti altında olan əraziyə aid edilməsi pislənilib.

 

Rusiyanın hakim partiyasından olan deputatların rəsmi Bakıdan icazə alınmadan  Xankəndiyə gəlməsi və separatçı rejimin başçısı Araik Arutunyanla görüşməsi, rəsmi Moskva tərəfindən Azərbaycanın suverenliyinə qəsd kimi qiymətləndirilib. Belə hadisələrin qarşısının alınması üçün Laçın dəhlizinə Azərbaycanın nəzarətinin  təmin edilməsinin vacibliyi vurğulanıb.

 

Qazaxıstanda cərəyan edən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb, rejimin etirazçılara qarşı amansız davranışı – yüzlərlə insanın qətlə yetirilməsi, 8 mindən cox insanın saxlanılması pislənilib.

 

Müsavat Partiyasının təşəbbüsü ilə Qazaxıstandakı hadisələrlə bağlı yanvarın 12-də, saat 15:00-da keçirilməsi nəzərdə tutulan Dəyirmi Masaya hazırlıq işləri ilə bağlı tapşırıqlar verilib.

 

Sonda cari məsələlər müzakirə olunub.

 

 

Basta