Azərbaycanda ət bahalaşdı: Səbəb?
Azərbaycanda mal və qoyun əti bahalaşıb.
“Qaynarinfo.az” xəbər verir ki, Bakıda mal ətinin bir kiloqramı 13-14 manata satılır. Əvvəllər isə mal ətinin bir kiloqramı 10,5-11 manata satılıb.
Bir kiloqramı 14 manata satılan quzu ətinin isə qiyməti hazırda 16-17 manat arasıdır.
Sayt əməkdaşları məsələni dəqiqləşdirmək üçün Bakıda ət satışı ilə məşğul olan bir neçə ət satışı məntəqələrində olublar. Mal və quzu ətinin qiymətinin qalxdığını satıcılar da təsdiqləyiblər.
Satıcılar bunun səbəbini mal və quzu ətinin topdansatış qiymətinin qalxması ilə əlaqələndiriblər.
Azərbaycanın rayonlarında da yanvarın 14-dən ətin bahalaşdığı bildirilir.
Əhalinin alıcılıq qabiliyyəti aşağı olduğu üçün qəssablar onsuz da günün yarısını müştəri gözləyərək bekar keçirirdilər. Bakının bəzi kəndlərində ətin qiyməti hətta 8 manata düşmüşdü. Təklifin tələbi üstələdiyi halda bu bahalaşmanın səbəbi nədir?
Eyni gündə bütün ölkə boyunca ətin bahalaşması onu göstərir ki, ət satışının monopolistləri buna qərar veriblər. Bu isə hakimiyyətin razılığı olmadan qeyri-mümkündür. Xatırladaq ki, bir müddət əvvəl çörək və unun qiyməti bahalaşdıqdan sonra ölkə başçısı İlham Əliyev “çörəyin qiymətini əvvəlki kimi saxlaya bilməzdik” deyərək, qərarın əslində onun tərəfindən verildiyini etiraf etmişdi. İstisna deyil ki, yaxın günlərdə ətin bahalaşması ilə bağlı da analoji açıqlama veriləcək.
Basta