Müsavat Divanı bu məsələləri müzakirə etdi
Avqustun 3-də Müsavat Partiyası Divanının video-konfrans rejimində növbəti iclası keçirilib. İclasda əvvəlcə qərarları icra vəziyyəti müzakirə edilib.
Partiyanın Təşkilat Departamenitinin rəhbəri Razim Əmiraslanlı ötən həftə partiya başqanı Arif Hacılının iştirakı ilə video-konfrans rejimində keçirilən zona müşavirəsi haqda məlumat verib. Zona müşavirələrinin davam etdirilməsi qərara alınıb.
Daha sonra Divan üzvü Nemət Kərimli 14-15 iyul tarixində Bakıda Milli Orduya dəstək məqsədilə keçirilən aksiyadan sonra həyata keçirilən həbslər haqda məlumat verib.
İclasda hakimiyyətin həyata keçirdiyi siyasi motivi həbsləri, o cümlədən AXCP üzvlərinə qarşı repressiv tədbirləri dayandırmaq üçün Müsavat Partiyasının göstərdiyi təşəbbüslər haqda məlumat verilib. Bu istiqamətdə fəaliyyətin davam etdirilməsi məqsədəuyğun sayılıb.
Daha sonra şərlənərək həbs olunan Tofiq Yaqublunun məhkəmə prosesi haqda məlumat dinlənilib. Avqustun 5-də başlayan həmin prosesdə karantin rejiminin qaydalarını pozmadan müsavatçıların iştirakının təmin edilməsi ilə bağlı təlimat verilib.
İclasda həmçinin Azərbaycanda COVİD-19 pandemiyası, Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin birgə hərbi təlimləri haqda fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.
Basta