Navalnı: “Putin öz hərəkətləri ilə Rusiyanın dağılma ehtimalını xeyli artırır”

“Time” jurnalı rusiyalı müxalif siyasətçi Aleksey Navalnının müsahibəsini dərc edib. Nəşr öz suallarına Vladimir vilayətindəki Pokrovskaya koloniyasında olan müxalifət liderinə göndərdiyi  məktublar vasitəsilə  cavab alıb.

 

Navalnının müsahibəsi nəşrin üz qabığında “Putinin qorxduğu adam” başlığı ilə yer alıb.

 

Orada siyasətçi ABŞ və Rusiya arasında “təhlükəsizlik zəmanəti” ilə bağlı hazırkı danışıqları şərh edib. Rusiyalı müxalifətçi hesab edir ki, Vladimir Putin güzəştlərə, xüsusən də sərt sanksiyaların tətbiqindən imtinaya nail olmaq üçün Qərbi şantaj edir.

 

Aleksey Navalnı həbsxanadakı həyat şəraitindən də danışıb. Onun sözlərinə görə, koloniyadakı həyatına dair “ən sadə qərarlar belə” Kremldə verilir. “Yanına həkim buraxın” kimi vacib qərarları isə şəxsən Putin verir.

Bundan əlavə, o, Berlində kiminlə görüşdüyü, müalicədən sonra vətənə qayıtmaq qərarından, hərəkatının və tərəfdarlarının gələcəyindən, Rusiyada liderliyə gedən yoldan danışıb.

 

Navalnı deyib ki, Putin “şübhəsiz ki, yer üzünün ən varlı adamıdır” və “pulunun mənbəyi hakimiyyət və korrupsiyadır”.

 

“Putinə təsir etmək istəyirsinizsə, onun şəxsi puluna təsir edin. Bu pullar  sizin yaxinlığınızdadır. Putinin pullarının saxlayan oliqarxların və dostlarının adları hamıya məlumdur. Onun yaxtalarını, saraylarını maliyyələşdirənləri tanıyırıq.

 

Navalnı hesab edir ki, “Putin öz hərəkətləri ilə ölkənin dağılma ehtimalını xeyli artırır”.

 

Yazı Navalnının Rusiyaya qayıtdıqdan sonra həbsinin ildönümünə həsr olunub.

 

Basta