190 manatın verilməsi və muzdlu işçiərin maaşı məsələsi müzakirə edilir
Pandemiya başlandığı vaxtdan etibarən dövlətimiz tərəfindən sosial-iqtisadi yardım paketləri həyata keçirilir. Burada xüsusilə iqtisadi paketi qeyd etmək lazımdır. Pandemiyadan əziyyət çəkmiş vergi ödəyiciləri və sahibkarlıq subyektlərinin dəstəklənməsi, həmçinin muzdlu işçilərin maaşlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi istiqamətindəki səylər bundan sonra da davam etdiriləcək.
Hazırda iqtisadi paketlə bağlı məsələ müzakirə olunur. İqtisadi paketlə əlaqədar Nazirlər Kabinetinə yeni təkliflər verilib.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, həmçinin işsiz vətəndaşlara 190 manat verilməsi məsələsi sosial paketdə yer alıb:
“Bu barədə müvafiq qurumlar tərəfindən açıqlama veriləcək”.
Hikmət Hacıyev bildirib: “2020-ci il 28 iyul tarixinədək maliyyə dəstəyi almaq üçün 272 min 939 muzdlu işçisi olan 30 minə yaxın vergi ödəyicisi müraciət etmişdir. Müvafiq araşdırmalar və təhlillər aparılmışdır. Nəticədə 24 min 825 vergi ödəyicisinə ikinci mərhələ üzrə müvafiq ödəmələr həyata keçirilmişdir”.